İsrail Hərbi Hava Qüvvələri ABŞ-də "Qırmızı bayraq" təlimində iştirak edəcək
12 Mart 2023
İsrail Hərbi Hava Qüvvələrinə məxsus yeddi "F-35" və iki "F-15" təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin martın 12-də Nevadadakı Nellis Hərbi Hava Qüvvələri bazasında başlayacaq "Qırmızı bayraq" təlimində iştirak edəcək.
Pressklub.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında "Qırmızı Bayraq" təlimi başlayacaq. Təlim Nevada ştatındakı Nellis Hərbi Hava Qüvvələri bazasında keçiriləcək. İlk dəfə olaraq İsrail Hərbi Hava Qüvvələrinə məxsus 7 "F-35" və 2 "F-15" təyyarəsi ABŞ-də keçiriləcək təlimlərdə iştirak edəcək”, - məlumatda deyilir.
İsrail ordusunun mətbuat xidməti əlavə edib ki, Nevadadakı təlim manevrləri iki həftə davam edəcək və "uzaq hava missiyaları, regionda hava üstünlüyünü əldə etmə, birgə hava hücumları, ərazinin müdafiəsi, düşmən təyyarələrinin ələ keçirilməsi, aşağı hündürlükdə uçuşlar və hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş ərazilərdə uçuşlar da daxil olmaqla geniş ssenariləri əhatə edəcək". Bundan əlavə, birgə havada yanacaq doldurma praktikası həyata keçiriləcək, bu prosesdə "İsrail Hərbi Hava Qüvvələrinin tanker təyyarələri Amerika qırıcılarına yanacaq dolduracaq”, “İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-35" təyyarələri isə Amerikanın "KC-135 Stratotanker" təyyarəsi ilə yanacaq dolduracaq”.
İsrail Müdafiə Qüvvələri qeyd edib ki, "Qırmızı bayraq" təlimləri "Yaxın Şərqdə təhlükəsizliyin qorunmasına sadiq olan əsas tərəfdaşlar kimi iki ölkənin hərbçiləri arasında operativ əməkdaşlığı gücləndirmək" məqsədilə keçirilir.