İspaniya və Kanada Ukraynaya “Leopard 2” tankları verəcək
16 Mart 2023
İspaniya yaxın gələcəkdə altı “Leopard 2A 4” tankını Ukraynaya tədarük edəcək.
“RBC-Ukraina” xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.
Nazir deyib ki, 55 ukraynalı hərbçinin təlimi başa çatıb.
“İspaniya Ukraynanın özünümüdafiəsini, ölkənin ərazi bütövlüyünü bərpa etmək səylərini hərbi texnika, təlim və humanitar yardım vasitəsilə dəstəkləməyə davam edəcək", - nazir əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqının Kiyevə yardım missiyası çərçivəsində Ukrayna hərbçiləri Toledo Təlim Koordinasiya Mərkəzinin rəhbərliyi altında təlim keçiblər. İspaniyada bu günə qədər 850-dən çox əsgər müxtəlif ixtisaslar üzrə təlim keçib.
Kanada da yaxın həftələrdə Ukraynaya səkkiz ədəd “Leopard 2” tankı verəcək
“RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand bildirib.
“Kanada hazırda Ukraynada yerləşdirilən hava hücumundan müdafiə sistemlərini dəstəkləmək üçün Silahlı Qüvvələrinin arsenalından təxminən 8 min 155 mm-lik mərmi, eləcə də 12 zenit raketi təhvil verəcək”, - onun bəyanatında bildirilir.
Nazir qeyd edib ki, Kanada həmçinin 1 800-dən çox 105 mm-lik tank təlim sursatı verəcək. Bu sursat Danimarka, Almaniya və Niderlandın elan etdiyi “Leopard 1” tanklarının bağışlanması proqramını dəstəkləyəcək.
Anandın sözlərinə görə, Silahlı Qüvvələr fevralın sonunda Kanadanın vəd etdiyi əlavə “Leopard 2” əsas döyüş tanklarını çatdırmağa başlayıb. Kanada Ukraynaya səkkiz ədəd “Leopard 2” əsas döyüş tankı verib. Onlardan dördü artıq Kanada Silahlı Qüvvələrin bir qrup şəxsi heyətinin Ukrayna əsgərlərinə tanklardan istifadə etməyi öyrətdiyi Polşaya çatdırılıb.
Səkkiz “Leopard 2” əsas döyüş tankının hamısının, eləcə də Kanadanın verdiyi zirehli xilasetmə maşınının, dəstək avadanlığı və sursatının yaxın həftələrdə Ukraynada olacağı gözlənilir. 2022-ci ilin fevralından Kanada Ukraynaya 1 milyard dollardan çox hərbi yardım göstərib.
"Kanada Rusiyanın qanunsuz və əsassız müharibəsinə qarşı mübarizədə qətiyyətlə Ukraynanın yanındadır. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndiririk və Ukraynanın hərbi ehtiyaclarına hərtərəfli hərbi yardımla cavab verməyə davam edirik”, - nazir bildirib.