Logo
news content
User
Kateqoriyalar

Xəbər

İspaniya hakimiyyəti vədinə xilaf çıxdı

Minlərlə ukraynalı qaçqın İspaniya hökumətinin vəd etdiyi ödənişləri hələ də ala bilməyib.

Pressklub.az xəbər verir ki, bu barədə yerli “El Pais” nəşri məlumat yayıb.

İspaniyanın inteqrasiya, sosial təminat və miqrasiya naziri Xose Luis Eskriva aztəminatlı ukraynalı qaçqınlara hər bir azyaşlı uşaq üçün 100 avro əlavə ödənişlə ailəbaşına 400 avro məbləğində aylıq yardım vəd etmişdi, lakin bürokratik gecikmələr səbəbindən pul ödənilməyib.

Qeyd olunub ki, İspaniyaya gələn 170 000 qaçqından 40 mini köməyə ümid edə bilər. Yardımın ödənilməməsi regional muxtar icmaların bir hissəsinin fəaliyyətsizliyi ilə bağlıdır.