İsa Qəmbərə pensiya kəsildi - 180 manat...
12 May 2022
Azərbaycan hökuməti sabiq dövlət başçısı İsa Qəmbərə yaşa görə müavinət kəsib: 180 manat…
Ölkədə əmək pensiyasının minimum məbləği 240 manatdır. Kişilər 65 yaşda pensiyaya çıxır. Pensiya almaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxsə 180 manat müavinət düşür. Bu şərtlər əsasında 2022-ci il mayın 11-də İsa Qəmbərin 180 manat müavinət alacağı məlum olub.
İsa Qəmbər 65 yaşa 2022-ci il fevralın 24-də çatıb.
1957-ci il təvəllüdlü İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
İsa Qəmbər əsası 1911-ci ildə qoyulmuş, 1920-ci ildən mühacirətdə fəaliyyət göstərmiş Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib.
2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür.
Siyasətçilərin, müxtəlif sahələr üzrə ekspertlərin, ictimai xadimlərin təmsil olunduğu Milli Strateji Düşüncə Mərkəzinin qurucusu və sədridir.
Mayın 12-də Novator.az-a danışan vəkil Nemət Kərimli deyib ki, əslində İsa Qəmbər xüsusi şərtlərlə əmək pensiyası almalıdır: “Əmək pensiyaları haqqında” qanun Milli Məclisin sədri olmuş şəxsə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsilməsini nəzərdə tutur. Hazırda Milli Məclisin sədri 2475 manat maaş alır. Bu məbləğin 80 faizi əvəzinə İsa Qəmbərə 180 manat müavinət verilməsi tam qanunsuzluqdur”.