İrqi mənsubiyyət qazanca necə təsir göstərir?
25 Aprel 2023
ABŞ-da daşınmaz əmlak sahiblərinin qazancı onların irqi və etnik mənsubiyyətindən asılı olaraq dəyişir. CNN kanalının internet səhifəsi belə yazır. Yazıda dəllalları birləşdirən Milli Rieltorlar Assosiasiyasının araşdırmasına istinad olunur.
Araşdırma göstərir ki, son 10 ildə ölkədə daşınmaz əmlak sahibinin alqı-satqıdan və ya kirayə haqqından orta gəliri 122 min 100 dollar həddində olub. Bu müddətdə ABŞ-da daşınmaz əmlakın qiyməti orta hesabla 68 faiz artıb. Həmin artım aşağı gəlirli mənzil sahiblərinin orta hesabla 98 min 900 dollar, yüksək gəlirli mənzil sahiblərinin 150 min 800 dollar qazanmasına imkan yaradıb.
CNN vurğulayır ki, Milli Rieltorlar Assosiasiyasının araşdırması daşınmaz əmlak sahiblərinin qazancının onların irqi və ya etnik mənsubiyyətindən asılı olaraq fərqləndiyini də üzə çıxarıb. Qaradərili ailələrin sahibi olduğu daşınmaz əmlakın alqı-satqı və ya kirayəsindən daha az gəlir əldə etdiyi aydınlaşıb. Bildirilir ki, digər irqi və ya etnik qruplarla nisbətdə qaradərili şəxslər daşınmaz əmlakdan ən az qazanc götürən qrupdur. Qaradərili ailə daşınmaz əmlakından son 10 ildə orta hesabla 115 min dollar qazana bilib.
Araşdırma qaradərili amerikalıların evlərinin ağdərili amerikalıların evlərindən 64 min dollaradək ucuz olduğunu göstərib.
Amma qaradərili daşınmaz əmlak sahiblərinin qazancının daha yaxşı olduğu yerlər də var: 10 ildə Vaşinqton, Florida, Kaliforniya, Kolorado, Cənubi Karolina ştatlarının bəzi şəhərlərində daşınmaz əmlakı qaradərili ailəyə orta hesabla 125 min dollardan çox qazanc gətirib.
CNN-in materialında qeyd edilir ki, ABŞ-ın qərb və cənub bölgələrində yaşayan irqi, etnik qruplar daşınmaz əmlakdan daha çox qazana bilir və bu, qaradərililərə də aiddir. Həmin bölgələrə aid bəzi şəhərlərdə qaradərili ailələrin evləri 10 il əvvəlki dövrlə müqayisədə təxminən 500 min dollardan çox bahalaşıb.
İrqi və etnik qruplar arasında ən bahalı evlərin sahibləri isə Asiya mənşəli amerikalılardır.
ABŞ-da daşınmaz əmlakın ən baha olduğu şəhərlərdən biri San-Xosedir. CNN kanalı Milli Rieltorlar Assosiasiyasına istinadla bildirir ki, bu şəhərdə daşınmaz əmlakı aşağı gəlirli ailələrə son 10 ildə 630 min dollar, orta gəlirli ailələrə 643 min dollar, yüksək gəlirli ailələrə isə 836 min dollar qazanc gətirib.
Tədqiqat son 10 ildə qazancı artmış daşınmaz əmlak sahiblərinin borclarını 21 faiz azalda bildiyini də göstərib. (Novator)