İrəvan qarışdı: Müxalifət itaətsizlik aksiyalarına start verdi - FOTO
01 May 2022
Bu gün İrəvanın “Fransa” meydanında Müqavimət Hərəkatının Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə genişmiqyaslı mitinqi keçirilib.
Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.
Müxalif qüvvələr bazar ertəsi genişmiqyaslı itaətsizlik aksiyalarına başlayacağını bəyan edib.
Parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib ki, "Fransa" meydanını tərk etməyəcəklər.
"Əziz həmvətənlər, biz hamımız "Fransa" meydanında qalacağıq, bir müddət sonra burada çadırlar qurulacaq. Sabah səhər saat 08:30-da genişmiqyaslı itaətsizlik aksiyalarına başlayacağıq. Bir neçə gündən sonra biz baş nazir Nikol Paşinyanın istefasına nail olacağıq”