Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Bakıya gəlib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Cənubi Qafqaza regional səfəri çərçivəsində bu gün Bakıya gəlib. İrna agentliyi xəbər verir ki,  Əli Əkbər Əhmədianın səfərinin məqsədi - Cənubi Qafqaz regionu ölkələri ilə siyasi-təhlükəsizlik əlaqələrini gücləndirməkdir.

Səfər  azərbaycanlı və ermənistanlı həmkarlarının dəvəti ilə planlaşdırılıb.

 Bakı hava limanına Əhmədianı həmkarı Ramil Usubov qarşıladı.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycan prezidenti İlham Əliyevlə, İrəvanda isə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindəndir.