Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstanda çəkisi 6 kq-dan çox olan uşaq doğulub

Qazaxıstanın cənubunda çəkisi 6 kq-dan çox olan uşaq dünyaya gəlib.

 Qazaxıstan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Jambıl vilayətinin sakini Aygerim Tukeyeva ilk dəfə ana olub, həkimlər uşağın çəkisi ilə əlaqədar uğurlu qeysəriyyə əməliyyatı aparıblar. Dünya təcrübəsində belə körpələr nəhəng adlanırlar", - nazirlikdən bildirilib.

Qeyd olunub ki, körpə və ana özlərini yaxşı hiss edir və doğum evindən çıxmağa hazırlaşırlar. (Report)