İrandan göndərilən 243 kq narkotik müsadirə olunub - 13 milyon qiyməti var...
30 İyun 2023
Son 10 gündə AZərbaycanda “qara” bazarda dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Eyni zamanda, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları İrandan narkotik maddə tədarük edən mütəşəkkil cinayətkar qrupda iştirakda şübhəli bilinən, həmçinin narkotik maddələrin Bakı, Sumqayıt, Lənkəran, Abşeron və Beyləqanda satışını təşkil edən 31 nəfəri saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Götürülən 243 kiloqram narkotik maddənin arasında heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə olan metamfetamin, həmçinin 5300 ədəd metadon var.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.