İrandan edam mesajı: Hamısı asılacaq - FOTO
31 May 2023
“Edam hökmlərinin hamısı icra olunacaq”.
“Meezan” agentliyi xəbər verir ki, bunu İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni-Ejeyi bildirib.
O, Tehranda çıxışı zamanı deyib ki, əməlləri və cinayətlərinə görə qanuna uyğun olaraq edam edilməli olanlar vicdan əzabı çəkmədən, təbii ki, tam hüquq normalarına, insaf və ədalətə uyğun olaraq cəzaları icra edilib və ya icra olunacaq.
Qeyd edək ki, edam heç də həmişə hökm çıxan kimi icra olunmur. Bəzən onu ömürlük azadlıqdan məhrumetmə və ya çox nadir hallarda isə azmüddətli həbs cəzası ilə əvəzləyirlər.
Onun sözlərinə görə, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei “aldananlara xəbərdarlıq edib (etiraz aksiyalarında iştirak edənləri nəzərdə tutur - red.)” və ayrılanlar əfv olunub.
Məlumata görə, bununla belə, amnistiyaya düşənləri də son həftələr ədliyyə orqanları dəfələrlə məhkəməyə çağırıb. Bildirilib ki, İran hakimiyyəti açıq-aşkar ölüm hökmlərinin tətbiqi və icrasını gücləndirib. Tehran rejimi 2022-ci ilin sentyabrından başlayan etirazlarda iştirak etmiş 7 məhbus barəsində çıxarılan edam hökmünü icra edib.
Qeyd edək ki, 2022-ci ildə İranda 582 nəfər edam olunub, bu da 2021-ci illə müqayisədə 75 faiz çoxdur.