İrandan açıqlama: Qırıcı təyyarəmizin Azərbaycan sərhədi üzərində uçuşu normaldır
13 Mart 2023
İranın hərbi təyyarəsi Azərbaycan sərhədini keçməyib, buna görə də İran səfirinin izahat vermək üçün Azərbaycan XİN-ə çağırılmasını yanlış addım hesab edirik.
Pressklub.az xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə İran XİN-in nümayəndəsi Naser Kanani bildirib.
"Uçuş adi uçuş olub. İranın sərhəddəki rayonlarının müşahidəsi çərçivəsində və İran ərazisində müntəzəm olaraq bu cür uçuşlar həyata keçirilir. Əvvəllər də belə uçuşlar həyata keçirilib", - deyə Fars agentliyi Kananidən sitat gətirir.
"Bizim Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz var, hətta səfirlik fəal şəkildə işləyir, orada bizim hərbi attaşemiz fəaliyyət göstərir. Məsələ ilə bağlı İran səfirliyinə və hərbi attaşemizə müraciət etmək olardı. Fikir mübadiləsi aparılardı və anlaşılmazlıq aradan qaldırıla bilərdi. Biz Azərbaycan hökumətinin səfiri dəvət etməsini xoşməramlı addım kimi qiymətləndirə bilmərik", deyə Kanani bildirib.
Xatırladaq ki, Azərbaycan XİN və Müdafiə Nazirliyi martın 11-də səhər 40 dəqiqə ərzində İrana məxsus hərbi təyyarənin Azərbaycan sərhədi boyunca uçuş həyata keçirib və bəzi yerlərdə sərhədi keçib.
Bakı bu uçuşu təxribat kimi qiymətləndirib, Tehrandan izahat tələb edib.