Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda etirazların bəzi liderləri həbs ediliblər - Laricani

İranın təhlükəsizlik qüvvələri etirazların bəzi liderlərini müəyyənləşdirərək həbs ediblər.

İran mediası xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

"Silah əldə etmək üçün hərbi və hüquq-mühafizə mərkəzlərinə hücum edənlər vətəndaş müharibəsinə can atırlar" , - Laricani bildirib. Onun sözlərinə görə, İranın düşmənləri ölkədə fövqəladə vəziyyət yaratmaq istəyiblər.

O, ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib: "Şübhəsiz ki, iqtisadi problemlər mövcuddur və hökumət bunu həll etməlidir, lakin düşmənin öz məqsədlərinə çatmaq üçün bu platformadan istifadə etdiyini qeyd etmək lazımdır".