İranda daha 101 "casus" saxlanıldı
05 Aprel 2026
İranın Gilan bölgəsində ABŞ və İsraillə əlaqəli olduğu iddia edilən 101 nəfər saxlanılıb.
Bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Gilan Polis İdarəsi əməliyyat nəticəsində həbs edilənlərin fəaliyyətlərini cinayət kimi qiymətləndirib.
Qeyd olunub ki, saxlanılan şəxslər qadağan olunmuş ərazilərin foto və videolarını çəkərək, internetdə yayımlamaq və ya düşmən mediaya göndərmək, eləcə də, ictimai narahatlıq yaratmaqda təqsirləndirilirlər.
Saxlanılanların əksəriyyəti, yəni 91 nəfər yalan məlumat və şayiələr yaymaqla ictimai narahatlıq yaratmaqda, qalan 10 nəfər isə hücum hədəflərinin foto və videolarını planlaşdırmaq, çəkmək və düşmən şəbəkələrinə göndərməkdə ittiham olunub.