Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran və Rusiya prezidentləri Azərbaycanın tərəfdaş olduğu layihə barədə danışıblar

İran prezidenti İbrahim Rəisi və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.


Pressklub.az İran KİV-ə istinadən xəbər verir ki, liderlər iki ölkə arasında iqtisadi əməkdaşlıq sahələrini və tranzitin inkişafı təşəbbüslərini müzakirə ediblər.


İran Prezidentinin siyasi məsələlər üzrə köməkçisi Məhəmməd Cəmşidi bildirib ki, tərəflər tranzit imkanlarının artırılmasını müzakirə ediblər: “Çinin “Bir kəmər, bir yol” təşəbbüsü və Rusiya ilə şimal-cənub dəhlizinin qurulması qonşuluq siyasətinin ikinci mərhələsidir”.


"Məqsəd ölkənin iqtisadi artımını artırmaq və qlobal iqtisadi coğrafiyada İranın mövqeyini gücləndirməkdir", - köməkçi deyib.


Qeyd edək ki, Rusiya və İran prezidentlərinin müzakirə etdikləri “Bir kəmər, bir yol” və şimal-cənub dəhlizi layihələrində Azərbaycan əsas tərəfdaşlardan biridir.