İran şəhərləri hava hücumuna məruz qalıb
29 Yanvar 2023
Gecə İranın hərbi infrastruktur obyektlərində güclü partlayışlar baş verib.
İsfahan əyalətində hərbi sursat fabrikinin pilotsuz təyyarələrin hücumuna məruz qaldığı bildirilir.
Həmçinin İranın qərbindəki Dizful şəhərindəki aviabazada partlayış, Həmədan (ölkənin qərbi) və Rəşt (şimal) şəhərlərində partlayış və yanğınların baş verdiyi barədə xəbərlər var.
Tehranda yerli sakinlərin sözlərinə görə, hökumət binalarına hücum edilib. Şahidlərin bildirdiyinə görə, İran paytaxtı üzərində təyyarələr səmaya qaldırılıb.
Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.
İranın Müdafiə Nazirliyi İsfahandakı sursat fabrikinə PUA hücumunu təsdiqləyib:
"28 yanvar 2023-cü il axşam saat 23:30 radələrində Müdafiə Nazirliyinin mərkəzlərindən birinə pilotsuz uçuş aparatlarından istifadə etməklə uğursuz hücum edilib”.
İran hərbçilərinin sözlərinə görə, binanın damına “kiçik ziyan” dəyib.
İranın hərbi obyektinə hücum edən pilotsuz uçan aparatların hansı ölkəyə məxsus olduğunu İran rəsmiləri hələ açıqlamayıb.
Ərəb xəbər kanalı Əl-Ərəbiyyənin məlumatına görə, İsrail İranın hərbi sənayesini məhv etmək üçün xüsusi hərbi əməliyyata başlayıb.
İsrail tərəfi bu barədə şərh bildirmir.