Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Rusiyaya nağd pula külli miqdarda silah-sursat satıb – Qərb mediası

İran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün gizli şəkildə Rusiyaya külli miqdarda güllə, artilleriya və minaatan mərmisi verib və daha çox göndərməyi planlaşdırır.


Pressklub.az xəbər verir ki, vu barədə Britaniyanın “Sky News” telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.


Mənbə iddia edir ki, yanvarda İran limanından Rusiya bayrağı altında iki yük gəmisi Xəzər dənizi ilə Rusiyaya doğru yola çıxıb.


İddia edilən yük tapança, avtomat və pulemyot kimi silahlarda istifadə üçün müxtəlif çaplı - 5,56 mm, 7,62 mm, 9 mm, 12,7 mm və 14,5 mm çaplı təxminən 100 milyon patrondan ibarət olub.


Gəmilər həmçinin 40 mm-lik reaktiv qumbaraatanları, 107 mm-lik tank əleyhinə raketlər və müxtəlif ölçülü - 60 mm, 81 mm və 120 mm-lik minaatan, həmçinin artilleriya mərmiləri (1132 mm, və 152 mm) və zirehdələn mərmilər (115 mm və 125 mm) daşıyıb.


Bundan əlavə, mənbə gəmidə 10 minə yaxın zireh və dəbilqənin olduğunu bildirib.


Mənbə qeyd edib ki, Moskva sursatların pulunu nağd şəkildə ödəyib və bununla da Qərbin ona və İrana qarşı sanksiyalarından yan keçib.


Daşınmada iştirak etdiyi ehtimal edilən gəmilər Musa Jalil və Begey adlanır. Hər ikisi Rusiya bayrağı altında üzür. Mənbənin sözlərinə görə, gəmilərdən biri yanvarın 10-da, digəri isə yanvarın 12-də İranı tərk edib. Onların göyərtəsində 200-ə yaxın konteyner olub.


Mənbə gəmilərin daşıdığı sursatların miqdarı ilə bağlı öz təxminində əmindir. "İki gəmidəki iki yüz konteyner bu qədər sursat daşımağa qadirdir", - mənbə bildirib.


Gəmilərin dəqiq nəyi daşıdığını müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.


Yeni “yardım”, Moskvaya Ukraynanın enerji infrastrukturunu məhv etmək cəhdində mühüm rol oynamış yüzlərlə pilotsuz uçan aparatları verməsi barədə Tehrana qarşı əvvəlki ittihamları daha da gücləndirir.


“Rusiya İrandan arxa baza kimi istifadə etməyə davam edir” deyən mənbə iki ölkə arasındakı sıx hərbi əlaqələri təsvir edib.