Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran İraqla sərhədə ballistik raketlər yerləşdirib

İran komandanlığı ballistik raketləri İranın qərbində, İraqla həmsərhəd Kirmanşah əyalətində yerləşdirib.

Pressklub.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" İsrailin şimal sərhədlərinə təhlükələri təhlil edən Alma Araşdırma və Təhsil Mərkəzinə (Alma Research and Education Center - Qeyd) istinadən xəbər verir.

Peyk görüntülərinə görə, bölgədə ən azı 140 raket anbarı olan üç yeraltı obyekt var. Xüsusilə, İran hərbçiləri burada İraqdan 150 km aralıda “Qiam-1” qısa mənzilli ballistik raketlərini quraşdırıblar.

Bundan əlavə, hava hücumundan müdafiə sistemləri dərələrdən birində yerləşdirilib. Yeraltı tikililər də “Fateh-110” raketlərini saxlamaq üçün istifadə edilə bilər.