Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Hörmüz boğazının blokadası fonunda maksimum döyüş hazırlığı elan edib

ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda İran "maksimum döyüş hazırlığı" vəziyyətindədir.

“CNN World” xəbər verir ki, bu barədə İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid ibn əl-Rza bildirib.

Onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazırdır və ona qarşı təcavüz törədənlər sərt və qətiyyətli cavab alacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Hörmüz boğazındakı blokadasından yan keçməyə cəhd edən bütün İran gəmilərini məhv etməklə hədələyib.