Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Birləşmiş Ərəb Əmirliklərinə dörd qanadlı raketlə hücum edib

İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dörd qanadlı raketlə hücum edib.

Bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

“İran tərəfdən BƏƏ-yə yaxınlaşan dörd qanadlı raket aşkar edilib. Raketlərdən üçü BƏƏ-nin ərazi suları üzərində uğurla vurulub, dördüncüsü isə dənizə düşüb”, - Nazirliyin məlumatında deyilir.

BƏƏ Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin raketlərin uğurla ələ keçirilməsinin nəticəsi olduğunu təsdiqləyib.

Buna baxmayaraq , “Al Jazeera“ məlumat yayıb ki, İranın dron hücumundan sonra Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Füceyrədə neft təsisatında böyük yanğın baş verib.