İran və İsrail arasında yenidən müharibə başlayır
08 İyun 2026
İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, İsrailin şimal bölgələrinin çoxunda, o cümlədən Hayfa ətrafında hava həyəcanı elan olunub.
Qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin zərərsizləşdirilməsi üçün fəaliyyətə başlayıb.
İran bu addımı İsrail ordusunun Livanın paytaxtı Beyrutun atəşə tutumasına cavab olduğunu bildirib.
Öz növbəsində İsrail İrana cavab veriləcəyini bəyan edib.