İranla razılaşma əldə olunmadan ABŞ sanksiyaları ləğv etməyəcək
08 İyun 2026
ABŞ Prezidenti Donald Trump İranla sülh sazişi əldə olunmadan Tehrana məxsus dondurulmuş aktivlərin açılmayacağını və sanksiyaların ləğv edilməyəcəyini bildirib.
O bu barədə "NBC News"a müsahibəsində danışıb.
Trampın sözlərinə görə, İranla bağlı hər hansı güzəştlər yalnız razılaşma əldə edildikdən sonra nəzərdən keçirilə bilər.
“Bu, sonradan olacaq. Bəli. Əgər onlar düzgün davransalar, yaxşı iş görsələr, danışmağa başlayarıq”, – deyə ABŞ Prezidenti vurğulayıb.