İran Azərbaycan səfirliyinə hücumdan danışdı: Gözlənilməz və kədərli insidentdir"
04 İyul 2023
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum işi üzrə əvvəlkitək bir müttəhim var. İran KİV-in məlumatına görə, bu barədə bu gün İranın məhkəmə sistemi və ədliyyə üzrə nümayəndəsi Məsud Satayşi bildirib.
Onun bəyanatı İranın Xarici İşlər nazirliyinin rəhbəri Hüseyn Əmir Abdollahianın Azərbaycana səfəri ərəfəsində səslənib. Nazir iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edəcək.
Azərbaycan səfirliyinə hücum bu il yanvarın 27-də silahlı şəxs tərəfindən törədilib. O, bir mühafizəçini öldürüb, digərini yaralayıb. Üçüncü mühafizəçi onu səfirliyin binasından çıxarmağı bacarıb, bundan sonra o, diplomatik missiyanı və onun əməkdaşlarını təhdid etməyə davam edib. Bütün bu müddətdə yerli polis əməkdaşı və İranın digər hüquq-mühafizə orqanları fəaliyyətsiz qalıb, səfirliyə hücum edən şəxsi ancaq yarım saatdan sonra saxlayıblar.
Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.
Eyni zamanda, polis hücum edən şəxsin səfirliyin binasının yanında müsahibə verməsinə və cinayətin motivlərini açıqlamasına şərait yaradıb. O, cinayətin səbəblərini “ailə və şəxsi problemlərilə” əlaqələndirib, deyib ki, guya onun Azərbaycan vətəndaş olan xanımını səfirlikdə “gizlədiblər”.
Azərbaycanda səfirliyə hücum terror aktı kimi qiymətləndirilib və hərtərəfli araşdırma tələb olunub.
Bakı səfirliyin bütün əməkdaşlarını təxliyə edib və diplomatik missiyanın fəaliyyətinin bərpası üçün hücumda iştirak edənlərin hamısının müəyyənləşdirilməsini və cəzalandırılmasını şərt kimi irəli sürüb.
İndiyədək İran hakimiyyəti istintaqın gedişi barədə susurdu.
- O baş verənləri "gözlənilməz və kədərli insident” adlandırıb. "Odur ki, ölkənin məhkəmə, siyasi və güc orqanları hər zaman bildiriblər ki, bu hücumun əsas günahkarı və ya bunda əli olan digər şəxslərlə qətiyyətli və qanuni şəkildə davranmaq lazımdır. Geniş araşdırmalardan sonra qeyd olunub ki, işin müxtəlif aspektləri aydınlaşdırılmalı və iş Azərbaycan hökumətilə əməkdaşlıq şəraitində hökmün çıxarılması ilə nəticələnməlidir. Əvvəlkitək iş üzrə eyni müttəhim keçir”, - Satayşi deyib.