İqtisadçı: "Lirəni stabilləşdirmək üçün asan olmayacaq"
05 İyun 2023
Türkiyə lirəsi dollara nisbətən yenidən dəyər itirib.
Bu barədə fikir bildirən deputat Vüqar Bayramov bildirib ki, son 1 ayda 8 faiz ucuzlaşan Türkiyə pulunun çarpaz olaraq digər əksər valyutalara nisbətən də dəyəri azalıb.
V.Bayramovun sözlərinə görə, hazırda 1 ABŞ dolları almaq üçün 21.22 lirə ödəmək lazımdır:
“Hətta sektorda kifayət qədər güvənli hesab edilən Mehmet Simşekin maliyyə naziri təyin olunması belə lirənin ucuzlaşmasının qarşısını ala bilmədi.
Seçkidən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi. Seçkinin başa çatmasına baxmayaraq Türkiyənin bir sıra Qərb dövlətləri ilə münasibətləri hələ də soyuq hesab olunur. Bu isə xarici valyuta təklifinə birbaşa təsir göstərir. Türkiyə Mərkəzi Bankının net forex ehtiyatlarının tarixi minimumadək azalması da xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaradır”.
Parlamentari qeyd edib ki, bununla belə, yeni maliyyə naziri təyinatından sonra valyuta bazarı ilə daha çox qarşılıqlı əlaqənin olacağı və prudensial tələblərin yumşalacağı gözlənilir:
“Aydındır ki, bu ilin aprel ayında rəsmi inflyasiyanın 43.7 faiz olduğu Türkiyədə valyuta stabilliyinə nail olmaq zaman alacaq. Ancaq, yeni kabinetdə maliyyə-iqtisadi sfera üzrə təyinatlar ortamüddətli dövrdə stabilliyə nail olmaq imkanlarını xeyli genişləndirir. Görünən odur ki, yeni kabineti qarşıda heç də asan olmayan çağrışlar gözləyir”.