İqor Strelkov-Girkin Moskvada saxlanılıb
21 İyul 2023
Cümə günü, iyulun 21-də hüquq-mühafizə orqanları qondarma “DXR”in keçmiş müdafiə naziri İqor Strelkovu (Girkin) saxlayıb. Bu barədə RBK mənbələrə və Strelkovun vəkili Aleksandr Moloxova istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Strelkovu günorta saatlarında evindən aparıblar. İstintaq Komitəsinin əməkdaşları onun mənzilində axtarış aparır.
İlkin məlumatlara görə, saxlanılma "Vaqner"in keçmiş əməkdaşının tələbi ilə həyata keçirilib.
Strelkovun "Teleqram"ında onun həyat yoldaşı Miroslava Reginskayanın məlumatı yayılıb. O, İstintaq Komitəsinin nümayəndələri ora gələndə evdə olmadığını deyib.
“Dostlarımdan öyrənə bildim ki, ərimə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (ekstremizm) ilə ittiham irəli sürülüb”.
İqor Strelkov (Girkin) Rusiya ordusunun rəhbərliyini Ukraynada döyüş əməliyyatlarını bacarıqsız apardığına görə sərt tənqid edib. Son zamanlar o, Rusiyanın siyasi rəhbərliyini də tənqid etməyə başlamışdı.