İqlim dəyişikliyinin insanlar üçün daha bir təhlükəsi üzə çıxdı
27 Fevral 2023
Alimlər normadan artıq istilik, rütubət və digər iqlim şəraiti ilə əlaqəli dəyişikliklərin insanlarda depressiya, narahatlıq kimi psixi sağlamlıq problemləri yaratdığını qeyd ediblər. Banqladeşdə dəyişkən iqlim şəraitinin insanların psixi sağlamlığına olan mənfi təsiri ilə bağlı tədqiqatın müəllifləri hesab edir ki, bu hal digər xalqlar üçün xəbərdarlıq olmalıdır.
Pressklub.az xəbər verir ki, bu barədə “Lancet Planetary Health” saytında məlumat verilir.
Dünyada baş verən qlobal iqlim dəyişikliyi, temperatur və rütubətin artması davam edəcək. Eyni zamanda daşqın və sel kimi təbii fəlakətlər psixi sağlamlığa pis təsir göstərir.
Tədqiqatçılar son dövrlərdə bütün yuxarı yaş qrupları arasında depressiya və narahatlığa qarşı həssaslığın artdığını müəyyən ediblər. Xüsusilə qadınlarda depressiyaya daha çox həssaslıq müşahidə olunub.
“İqlim dəyişikliyinin fiziki təsirləri daha çox diqqəti cəlb edir. Psixoloji yükləmələr çox vaxt gizli qalır, insanların həyatının hər bir sahəsinə sızır və tədricən psixi gərginliyi artırır. Məlumatlılığın az olması səbəbindən insanlar mütəxəssisə müraciət etmirlər və nəticədə onları müalicə etmək olduqca çətinləşir”, - deyə İqlim Psixiatriya Alyansının təsisçisi Liz Van Sasteren bildirib. O, qeyd edib ki, belə tədqiqatlar iqlim böhranının çətinliklərini yaşayan insanların sağlamlığı və gələcəyi üçün yüksək qiymətləndirilməlidir.