"İnqilab hələ ayaqdadır". İranda hicaba meydan oxuyan qadınlar
09 Mart 2023
Assal aylardır ictimaiyyət arasına hicabsız çıxır, ötən sentyabrdan ölkəni silkələmiş antihökumət etirazları ilə həmrəylik göstərir. Etirazların son həftələr səngiməsinə baxmayaraq, Tehranda yaşayan qadın ölkənin məcburi hicab qanununa, əslində, klerik rejimə meydan oxuyur.
“Hakimiyyətə göstərmək istəyirəm ki, bu inqilab hələ ayaqdadır, adamlarımız bacardıqları kimi onlarla vuruşacaqlar”, – 32-yaşlı mamaça AzadlıqRadiosunun Radio Fərda xidmətinə deyib, ancaq adının çəkilməsini istəməyib.
“Küçədə təhlükəsizlik əməkdaşlarının yanından hicabsız keçəndə asan olmur, bütün bədənim əsir. Ancaq geri çəkilməyəcəyəm. Etirazı davam etdirəcəyəm”, – o, sözlərinə əlavə edib.
Tehranın Tanya adlı başqa bir sakini isə deyir ki, qadınlar onları təməl hüquqlardan məhrum edən dini isteblişmentə dirənərək baş örtüklərini çıxarırlar.
“Qadınlar buna özlərinin mütləq, illərlə əllərindən alınmış hüquqları kimi baxırlar. Status kvoya etiraz edirəm”, – adının tam çəkilməsini istəməyən psixoloq söyləyir.
Assal və Tanya küçəyə başı açıq çıxan iranlı qadınlardadır. Böyük şəhərlərin küçələrində, restoranlarda, kafe və ticarət mərkəzlərində onları getdikcə daha tez-tez görmək olur. Qadınların böyük rol oynadığı antirejim etirazları onları ürəkləndirib.
Ötən il sentyabrın 16-da 22 yaşlı Məhsa Əmini polis tərəfindən saxlanandan sonra dünyasını dəyişib. Onun hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlandığı deyilir. Bu ölümün səbəb olduğu etirazlar sonradan rejimə qarşı davamlı nümayişlərə çevrilib. Etirazçılar klerik idarəçiliyə son qoyulmasını, daha geniş sosial və siyasi azadlıqlar tələb edirlər.
Qadınlar və qızlar nümayişlərdə hicablarını çıxararaq yandırıblar. Etirazların yatırdılması zamanı azı 500 nəfərin öldürüldüyü bildirilir. Ancaq qadınlar dinc itaətsizliklə qəzəblərini ifadə edirlər.
Tehranda yaşayan qadın hüquqları fəalı Leyla Mirqafari deyir ki, isteblişmentə qarşı etirazlar qadınların hicaba müqavimətini gücləndirib. İranlıların çoxu “ədalətsiz, repressiv, qadınlara qarı qanun”dan cana doyub, 2018-ci ildə ictimaiyyət arasında hicabı çıxardığına görə həbs olunmuş Mirqafari söyləyir.
Hicab 1979-cu ilin İslam İnqilabından bəri İranda məcburidir. Yaşı 9-dan yuxarı qızların ictimai yerlərdə başını bağlaması tələb olunur. Ancaq qadınların çoxu zamanla bu qaydanın sərhədlərini dəyişiblər, saçlarını tam örtməyib, daha kiçik, rəngli örtüklər taxıblar. Rəsmilər də bunu qəbul edib.
2013-2021-ci ildə nisbətən mötədil Həsən Ruhaninin prezidentliyi dövründə hicab qaydası yumşalıb. Amma ultra-mühafizəkar İbrahim Rəisi hakimiyyətə gələndən əxlaq polisi xeyli fəallaşıb, zorakı olub.
İki uşaq anası Məhsa deyir ki, hətta müqəddəs Məşhəd şəhərində belə ictimaiyyət arasına hicabsız çıxan qadınların sayı artır.
“Bazarlığa hicabsız gedirəm. Onu boynuma dolayıram. Ancaq gənclər qorxmurlar, bəziləri heç başlarını örtmürlər”, – adının tam çəkilməsini istməyən Məhsa radioya danışıb.
Hakimiyyət dekabrda əxlaq polisinin ləğv olunduğunu açıqlayıb. Amma ədliyyə xəbərdarlıq edib ki, qadınların ictimai həyatda görünüş və davranışı tənzimlənəcək.
Son həftələr rəsmilər qadınları hicab qanununa əməl etməyə çağırıb, qanunu pozanları cəzalandırmaqla hədələyib. Menecerleri islam qanunları, hicab qaydalarına əməl etməyən bizneslər isə bağlanıb.
Assal deyir ki, qanuna əməl etmədiyinə görə həbs olunacağını, cərimələnəcəyini bilir. Amma bununla belə geri çəkilmir. “Məni həbs etsələr belə, çox şeyə nail ola bilməzlər. Etirazım daha vacibdir”, – o, sözlərinə əlavə edir.

Başı açıq qadınların sayı artır

Hicab qanunundan cana doyublar

“Gənclər qorxmurlar”