İmra Xan ölüm cəzası ala bilər
03 May 2022
Pakistanın keçmiş baş naziri İmran Xan küfrdə ittiham olunur. O, 10 ilə qədər həbs və ya ölüm cəzası ala bilər.
Cinayət işini Pəncab Əyalət Polisi qaldırıb. Məhəmməd Naimi adlı şəxsin tələbi ilə tələbi ilə İmran Xan və daha 150 nəfərə qarşı cinayət işi başlayıb. Onların arasında bir neçə keçmiş nazir və onun Tehrik-e-İnsaf partiyasının üzvləri var.
Şikayət ərizəsində iddia edilir ki, Xan və tərəfdarları yeni baş nazir Şehbaz Şərifin ötən cümə axşamı Səudiyyə Ərəbistanına səfəri zamanı etiraz aksiyası təşkil ediblər. Pakistanın yeni baş naziri və onun nümayəndə heyətinin üzvləri Mədinədəki Əl-Məscidi-e-Nəbəvi məscidinə gələndə yüzlərlə insan Şərif əleyhinə şüarlar səsləndirməyə başlayıb. Video görüntülərdə görünür ki, pakistanlı zəvvarlar olduğu güman edilən yüzlərlə şəxs “oğru” və “xain” deyə qışqıraraq Şərif və onun nümayəndə heyətinə qarşı nalayiq ifadələr işlədir. Səudiyyə rəsmiləri daha sonra insidentdə iştirak etdiyi iddia edilən 5 Pakistan vətəndaşını həbs etdiklərini bildiriblər.
Öz növbəsində, Xan və partiyasının üzvləri bu insidentdə iştirakı inkar edərək, bunun yeni hakimiyyətin Xana qarşı hücumunun başlanğıcı olduğunu bildirir.