İmamoğluna qarşı daha bir ittiham - Bu dəfə saxtakarlıq...
12 Yanvar 2023
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı daha bir məhkəmə iddiası qaldırılıb.
O, 29 dekabr 2015-ci ildə keçirilən xidməti satınalma tenderində saxtakarlıq etməkdə ittiham olunur.
İddialarla bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Mülki Müfəttişləri hərəkətə keçib.
Aralarında o vaxt Bəylikdüzü Bələdiyyəsinin sədri olan Əkrəm İmamoğlu da daxil olmaqla 7 nəfərə “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə haqlarında araşdırma icazəsi verilib.
Bundan sonra Böyükçəkməcə Prokurorluğu iddianamə hazırlayıb və onlara 7 ilə qədər həbs tələb olunub. Böyükçəkməcə Ədalət Komissiyasına göndərilən iddianamə qəbul edilib.
Məhkəmənin iyunun 15-də başlayacağı bildirilib.