Logo
news content
User
Kateqoriyalar

Xəbər

İmamoğlu prezidentliyə namizəd olmayacaq

Türkiyədə Prezident postuna potensial namizədlərdən biri sayılan İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu seçkilərdə iştirak etməyəcək.

Pressklub.az xəbər verir ki, İmamoğlu bu barədə “Halk TV”də qatıldığı proqramda seçkilərdə namizəd olaraq adının hallanmasına münasibət bildirib.

İmamoğlunun sözlərinə görə, onun prezident seçkilərində namizəd olması məsələsi gündəmdə deyil: “Hər CHP-linin (Cümhuriyyət Xalq Partiyası) namizədi partiya sədridir. Mənim də namizədim partiya sədri Kamal Kılıçdaroğludur”.

Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Sözügedən namizədin adının martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi gözlənilir.