İlqar Məmmədov: “Siyasi partiyalar haqqında yeni qanun Azərbaycanı nüfuzdan salır”
11 Yanvar 2023
Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzalayıb və bu, ölkənin müxalifət qüvvələrinin kəskin tənqidinə səbəb olub.
Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov sənədin təsdiqlənməsini mənfi qiymətləndirib.
“Düz iki ay sonra, martın 11-dək Venesiya Komissiyası bu qanunla bağlı öz rəyini təqdim etməlidir. Qanunun Venesiya Komissiyasının ekspertizasından əvvəl və onun tövsiyələri nəzərə alınmadan imzalanması o deməkdir ki, komissiyanın rəyi olduqca mənfi olacaq””, - Məmmədov Turan-a şərhində bildirib.
Onun fikrincə, hakimiyyətin qəbul etdiyi iki qanun – media və siyasi partiyalar haqqında qanunlar Azərbaycanı beynəlxalq demokratik birliyin gözündə nüfuzdan salacaq.
“Kimsə bunu istəyirdisə, deməli, öz məqsədinə nail olub”, - Məmmədov qeyd edib.
Siyasi partiyalar haqqında qanunu tənqid edənlərin fikrincə, o, hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığını mühüm dərəcədə məhdudlaşdırır.
Belə ki, siyasi partiyanın qeydiyyatı üçün onun ən azı 5000 üzvü olmalıdır. Əgər onların sayı 4500-ə düşərsə, o zaman məhkəmədə bu partiyanın dövlət qeydiyyatının ləğvi barədə iddia qaldırılır.
Həmçinin siyasi partiyaların üzvlərinin reyestri aparılacaq. Yəni, partiya üzvlərinin haqqında bütün məlumatlar ictimaiyyətə açıq olmalıdır.
Dövlət qeydiyyatı olmadan siyasi fəaliyyətə yol verilmir.
İl ərzində siyasi partiyalara ianələr minimum əməkhaqqının 35 mislindən (hazırda 10,5 min manat) çox ola bilməz.
Müxalifət bütün bu normaları hakimiyyətin siyasi fəaliyyəti məhdudlaşdırmaq və müxalifət partiyalarının ləğvini qanuniləşdirmək səyləri kimi qiymətləndirir.
Dekabrın 14-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi bu qanunun Avropa Şurası Venesiya Komissiyası tərəfindən təcili qiymətləndirilməsi barədə qərar qəbul edib.