Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlon Mask 29 milyard dollar itirdi - “Twitter”i aldığınza görə

Biznesmen İlon Maskın sərvəti “Twitter” mikrobloqlar şəbəkəsinin satın alınmasının elan edilməsindən bir gün sonra təxminən 29 milyard ABŞ dolları azalıb.

TASS xəbər verir ki, bunu dünyanın ən varlı adamlarının sərvətini real vaxt rejimində qiymətləndirən “Forbes Real-Time” sayğacının çərşənbə gününə olan məlumatları göstərir.

Milyarderin sərvəti 10,83% azalaraq 268 milyard dollardan 239,2 milyard dollara düşüb. Buna elektromobil istehsalçısı “Tesla”nın səhmlərinin 12% ucuzlaşması bilavasitə təsir edib. Bir gün ərzində şirkətin bazar kapitallaşması təxminən 130 milyard dollar azalıb, Maskın özünün itkisi isə ABŞ-ın keçmiş prezidenti Donald Trampın sərvətindən (3 milyard dollar, “Forbes” siyahısında 1021-ci) doqquz dəfə çox olub. Kəskin azalma Maskın son vaxtlar “Twitter”ə xüsusi diqqət ayırmasının “Tesla” səhmdarları arasında narahatlıq yaratması ilə izah olunur. İnvestorlar sahibkarın sosial şəbəkəni almaq məqsədilə kredit götürmək üçün şirkətdəki səhmlərini girov qoymalı və ya satmalı olacağından narahatdırlar.

Bütün bunlara baxmayaraq, İlon Mask hələ də dünyanın ən zəngin adamıdır. “Forbes” siyahısında onu “Amazon”un qurucusu və baş direktoru Ceff Bezos izləyir. Bezosun sərvəti “Tesla” və “SpaceX”in sahibininkindən 74 milyard dollar azdır.