Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlk ərəb kosmonavtı açıq kosmosa çıxıb

BƏƏ-dən olan kosmonavt Sultan Əl-Neyadi Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxıb və tarixdə bunu edən ilk ərəb olub.

Pressklub.az xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.

Əl-Neyadinin elektronika və rabitə mütəxəssisi olmaq üçün təhsil aldığı Brayton Universitetində ona “Kosmosun Sultanı” ləqəbi verilib.

Xatırladaq ki, o, martın əvvəlində “SpaceX Falcon 9” hava gəmisinin göyərtəsində BKS-ə uçmuş və uzunmüddətli kosmik missiyada iştirak edən ilk ərəb olmuşdu.

NASA-dan bildirilib ki, Əl-Neyadi həmkarı Stiven Bouen ilə birlikdə BKS-dən kənarda enerji sisteminin gələcək təkmilləşdirilməsinə hazırlaşmaq üçün elektrik kabelləri çəkəcək.