İlk 30 ailə Talış kəndinə qayıdıb
16 Mart 2023
Martın 16-da Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə ilk 30 ailə köçürülüb.
Pressklub.az xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində köçürülən ailələr səhər tezdən kəndə doğru yola çıxıblar və günörta saatında doğma kəndə çatıblar.
Ailələri Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb.
İkinci mərhələdə kəndə 158 ailə köçürüləcək. 2020-ci ildə kəndin azad edilməsindən sonrakı dövrdə infrastruktur, yollar və qeyri-yaşayış yerləri bərpa edilib.
Öz növbəsində ölkənin xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, 2026-cı ilə qədər 35 min ailənin Qarabağa qaytarılması planlaşdırılır.