Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev İranın Naxçıvana dron hücumunu namərd və nakişi zərbə adlandırıb

Prezident İlham Əliyev İranın Naxçıvana dron hücumunu çirkincə, namərdcə, nakişi kimi zərbə adlandırıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

"Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!" - dövlət başçısı əlavə edib.

Prezident deyib ki, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək.

"Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər".