AZAL Naxçıvana və əks istiqamətdə sərnişindaşımanı İğdırdan həyata keçirəcək
05 Mart 2026
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Naxçıvana və əks istiqamətdə sərnişindaşımanı alternativ yolla həyata keçirəcək.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, son hadisələrlə əlaqədar olaraq, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə planlaşdırılan bütün reyslər ləğv olunub.
Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin İğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcək.
5 mart 2026-cı il tarixinə Bakı-İğdır-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli (bütün saatlar yerli vaxtla qeyd edilib):