İlham Əliyev Brüsseldə Şarl Mişellə görüşüb
14 May 2023
Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.
Pressklub.az xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edən Brüssel formatının bərpasından məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev tərəfindən Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və regionda davamlı sülh ve təhlükəsizliyin təmin olunması və sabitliyin təmin olunması istiqamətində olan səyləri yüksək qiymətləndirilib.
Həmçinin görüşdə Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar məsələsinə də toxunulub və regional məsələlər müzakirə olunub. Eləcə də bugünlərdə Ermənsitan tərəfi ile keciriləcək üçtərəfli görüşün gündəliyinə aid olan məsələlər barəsində də fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə son günlərdə Ermənistan tərəfindən iki ölkənin sərhəddində Kəlbəcər istiqamətində törədilmiş məqsədyönlü təxribatlar haqqında da məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Aİ Şurasının Prezidentinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi gözlənilir.