Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcra Hakimiyyətinin qarşısında intihara cəhd - Özünü yandırdı

Goranboy sakini intihara cəhd edib.

Rayon sakini, 1996-cı il təvəllüdlü Sərdar Həsənov üzərinə benzin tökərək özünə od vurub.

S.Həsənovun intihara cəhd etməsinin kommunal problemlərinin həlli ilə bağlı olduğu bildirilib. O, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edən Goranboy sakini Sərdar Həsənovla bağlı açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb. Hadisə zamanı iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)