"Hurjet" gələn il havaya qalxacaq
12 May 2022
Türkiyə istehsalı olan "Hurjet" döyüş təyyarəsi ilk uçuşunu gələn il edəcək.
NTV telekanalı xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.
Onun sözlərinə görə, təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. 2023-cü il milli döyüş təyyarələrimizin anqardan çıxıb ilk uçuşunu həyata keçirəcəyi tarixdir", - İ.Dəmir bildirib.
Bundan əvvəl Dəmir qeyd edib ki, "Hurjet" xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil F-35 qırıcısını keçəcək.
"Hurjet" Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildən Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb. "Hurjet" 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.