"Human Rights Watch": Ötən ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti yaxşılaşmayıb
12 Yanvar 2023
Azərbaycanda insan hüquqlarının vəziyyəti 2022-ci ildə yaxşılaşmayıb.
Bu barədə "Human Rights Watch" insan hüquqları təşkilatı yanvarın 12-də açıqladığı illik hesabatında bildirir.
"Mayda hakimiyyət siyasi motivli və saxta ittihamlarla saxlanmış 20-dən çox şəxsi azad etsə də, azı 30 belə şəxs həbsdə qalır. Hakimiyyət tənqidçilərini və digər narazı səsləri hədəfə almaqdadır", deyə hesabatda qeyd edilir.
Hesabatda deyilir ki, məhdudlaşdırıcı qanunlarla qeyri-hökumət təşkilatlarının (QHT-lər) müstəqil fəaliyyətinə maneələr davam edir. Digər davamlı insan haqları pozuntuları sırasına sistematik işgəncə, saxlanma zamanı pis rəftar iddiaları, media azadlıqlarına məhdudiyyətlər daxildir.
Bundan əlavə, "Human Rights Watch" (HRW) hesabatında 2022-ci ilin iyulunda, Rusiyanın Ukraynaya qarşı işğalının yaratdığı enerji böhranı fonunda Avropa İttifaqının (Aİ) Azərbaycanla enerji sazişi imzalamasını xatırladıb.
"Məqsəd ölkənin Avropaya qaz ixracını artırmaq idi. Aİ geniş ikitərəfli razılaşma üzrə danışıqlardan insan haqlarının yaxşılaşdırılmasına təminat almaq üçün yararlanmadı", deyə hesabatda qeyd edilir.
HRW hesabatında ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında baş vermiş insidentdən də yazıb.
Təşkilat qeyd edir ki, həqiqiliyini təsdiqlədiyi bir videoda azı yeddi erməni əsgəri Azərbaycan qüvvələri tərəfindən qanunsuz edam olunub.
Azərbaycan həmin videonun araşdırıldığını açıqlamışdı.
"Ermənistan azı 30 erməni hərbi əsirin və üç dinc sakinin 2022-ci ilin oktyabrınadək Azərbaycan əsirliyində olduğunu bildirir. Azərbaycan hakimiyyəti isə bu şəxsləri hərbi əsirlər kimi tanımır, onlara terrorçuluq, qanunsuz silah saxlamaq, sərhədi qanunsuz keçmə, 1990-cı illər müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermə ittihamları irəli sürüb", deyə hesabatda bildirilir.
HRW hesabatında Azərbaycanda insan haqlarının vəziyyətini şərh edərkən siyasi müxalifətin və digər tənqidçilərin təqiblərini də qeyd edib.
"May ayında prezidentin əfv fərmanı ilə azad edilənlər arasında bəzi siyasi fəallar da var. Onların arasında müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tanınmış üzvləri, 2019-cu ildə saxta pulların yuyulması ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş Saleh Rüstəmli və 2020-ci ildə saxta narkotik ittihamı ilə 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilən Paşa Umudov da var.
Həmçinin, may ayında AXCP fəalı, Rüstəmlinin müttəhimi Aqil Məhərrəmov saxta pulların yuyulmasında ittiham olunaraq 4 il həbs cəzasını çəkdikdən sonra azadlığa buraxılıb. Yanvar ayında 2020-ci ildə diffamasiya ittihamı ilə məhkum olunmuş AXCP-nin böyük siyasətçisi Əlizamin Salayev amnistiya edilərək azadlığa buraxılıb.
"Hakimiyyət hökuməti tənqid edən siyasi fəalları həbs etmək üçün saxta narkotik ittihamlarından istifadə etməyə davam etdi. Bir çox hallarda onlar polis nəzarətində pis rəftara məruz qaldıqlarını bildirdilər, səlahiyyətlilər bu iddiaları rədd edir", deyə hesabatda qeyd edilib.
Bundan başqa, təşkilatın hesabatında Xural TV-nin rəhbəri Əvəz Zeynallının, vəkil Elçin Sadıqovun əbsləri də xatırladılıb.
HRW mayda tanınmış jurnalist, Azadlıq Radiosunun ştatdankənar müxbiri Aytən Məmmədovanın yaşadığı binanın liftində naməlum şəxsin bıçaqlı hücumuna məruz qaldığını yada salır. Məmmədova inanır ki, təhdid olunmasının məqsədi onu ölkədə rezonans doğurmuş uşaq qətli işi haqda yazmaqdan çəkindirmək olub. İş üzrə şübhəli hələ də müəyyənləşdirilməyib.
Qurum saxlanma yerlərində işgəncə və pis rəftarla bağlı şikayətlərin bir qayda olaraq araşdırılmadığını qeyd edir. Məsələn, yanvarda prokurorluq müxalifət fəalı Tofiq Yaqublunun 2021-ci ilin dekabrında saxlanılarkən bərk döyülməsi üzrə təhqiqat başlatmaqdan imtina edib, Yaqublunun "özünə xəsarət yetirdiyini" iddia edib. Yaxud apreldə maskalı şəxslər tanınmış ictimai fəal Bəxtiyar Hacıyevi oğurlayıb, gözübağlı vəziyyətdə döyüb, daxili işlər nazirinə qarşı açıq tənqidi dayandırmazsa, ölümlə hədələyiblər. Hacıyev məsələni ictimailəşdirəndən sonra daxili işlər naziri Vilayət Eyvazov onunla görüşüb, cinayət işi başlanıb, ancaq şübhəlilər hələ də müəyyənləşdirilməyib.
Azərbaycan rəsmiləri hələlik bu hesabata münasibət açıqlamayıblar.
Amma rəsmi Bakı Azərbaycanda fundamental azadlıqların, o cümlədən söz və mətbuat, birləşmək azadlıqlarının tam təmin edildiyini bildirir. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olmadığını, fərdlərin konkret ittihamlarla mühakimə olunaraq həbs edildiyini bildirir. Bundan əlavə, işgəncə və qeyti-insani rəftar barədə məlumatları da hüquq-mühafizə orqanları bir qayda olaraq qəbul etmir və qərəzli sayır.