Hökumətin taksi siyasəti - Növbəti monopoliya gəlir?
01 İyun 2023
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev APA-ya 31 may müsahibəsində taksi xidmətində yeniliklər anonsu verib. O deyib ki, nazirlik məsləhətçi şirkətlərin iştirakı ilə araşdırma aparıb: “Bu araşdırma zamanı xoş olmayan nəticələrlə qarşılaşdıq. Statistikaya görə, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə dörd-beş dəfə çoxdur. Bu, şəhərdə tıxacların yaranmasına təsir etməklə yanaşı neqativ ekoloji nəticələrə də gətirib çıxarır.
Taksilərin tıxaca və ekoloji vəziyyətə təsiri həm də gündəlik səyahətlərin sayı ilə bağlıdır. Fərdi maşınlar gündə ortalama 2-2,5, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edir. Bu baxımdan 10 min taksi şəhərdə 100 min fərdi maşın effektini yaradır.
Araşdırmalarımız onu da göstərir ki, taksilərin sayının normadan çox olması həm də ictimai nəqliyyatdan, o cümlədən metro və avtobuslardan sərnişin axınına səbəb olub.
Statistikaya əsasən, ölkədə xidmət göstərən taksilərin qırx faizindən çoxunun yaşı 15-i, iyirmi faizindən çoxunun yaşı 20-ni ötür. Bu, ölkəmiz üçün istər ekoloji tələblərin pozulması, istərsə də təhlükəsizlik baxımından risklərdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətində keyfiyyətin yüksəldilməsi və qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə islahatların planlamasını aparır. Nəticədə taksi fəaliyyətinin tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması istiqamətində mühüm hazırlıq işləri görülür.
Çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına gətirib çıxaracaq”.
Nazirin müsahibəsinə münasibət bildirən iqtisadçı, siyasətçi Natiq Cəfərli yazır ki, Azərbaycan hökumətini ayaqda saxlayan üç sütun var – korrupsiya, inhisarçılıq və qanunların formal olması: “Demək olar, hər gün bu ayaqları gücləndirməyə çalışan təkliflər səsləndirirlər. İndi də son illər qiyməti düşən, yüksək rəqabət mühitində çalışan taksi xidmətinin inhisara alınmasına cəhdlər edirlər.
Dövlət nəzarəti həmişə inhisarçılığa, qiymət artımına, keyfiyyətin azalmasına aparıb çıxarır. Hökumət hələ də iqtisadiyyatda birbaşa oyunçu-iştirakçı olmaq fikrindən əl çəkməyib. Dövlətin əsas vəzifəsi ədalətli hakim olmaqdır, taksi xidmətinə isə ancaq lisenziya və vergi alətləri ilə nəzarət olunmalıdır”.
İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Azər Mehtiyev qeyd edir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidməti ilə bağlı araşdırma aparıbsa, onun hesabatını ictimailəşdirməlidir: “Araşdırmanın ortaya çıxardığı problemlər, habelə tədqiqat metodologiyası ictimaiyyət üçün də maraqlıdır. Yaxşı olardı nazir Rəşad Nəbiyevin istinad etdiyi tədqiqat ictimaiyyətə açıqlansın. Məsələn, nazirin istinad etdiyi araşdırmada bu sualların cavabı varmı: Bakıda taksi xidməti göstərən maşınların sayının bu qədər artması nə ilə bağlıdır; Taksi xidmətlərinin qiymətləri bu qədər aşağıdırsa və sərfəli deyilsə, insanlar niyə bu xidmətləri göstərirlər; Niyə bir çox şəxs əsas işindən sonra axşamlar taksi xidməti göstərir; İnsanların taksi xidmətlərindən daha çox istifadə etməsi yalnız ucuzluqla bağlıdır, yoxsa məsələ həm də ictimai nəqliyyatın baha, keyfiyyətsiz olmasının nəticəsidir?
Bakının taksi xidmətləri bazarında problemlərin olduğu danılmazdır. Amma nazirin müsahibəsindən elə təsəvvür yaranır ki, rəsmiləri narahat edən əsas məsələ taksi xidmətləri bazarındakı rəqabətdir. Qiymət bazar siqnalıdır: bu gün şəhərin taksi xidmətləri bazarında ən müxtəlif qiymətlər var, hər kəs imkanına və istəyinə uyğun taksi xidməti əldə edə bilir. Bu bazarda tənzimlənməli olan qiymət yox, keyfiyyətə nəzarət məsələsidir. Tənzimləmə elə aparılmalıdır ki, rəqabətə xələl gətirməsin, sahənin kimlərinsə inhisarına keçməsinə gətirib çıxarmasın”.
Prezident İlham Əliyevin 2023-cü il aprelin 19-da imzaladığı fərmanla Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.