Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Hizbullah"ın 800 metrlik bunkeri aşkar edildi

İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" hərəkatının Radvan xüsusi təyinatlı qüvvələrinin qərargahının yerləşdiyi və İsrailə hücumda istifadə üçün hazırlanmış silah, sursat və motosikletlərin saxlandığı 800 metr uzunluğunda yeraltı möhkəmləndirilmiş tikili aşkarlayıb.

TASS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

İsrail hərbçilərinin sözlərinə görə, "Hizbullah" bu silah bunkerindən "Qalileyanın fəthi" (İsrailin şimalındakı ərazi - red.) işğal planının bir hissəsi kimi istifadə etmək niyyətində idi.