Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hikmət Hacıyev: Azərbaycan erməni toplumun hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırdır

“Azərbaycan Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olaraq, orada yaşayan erməni toplumunun hüquqlarını, təhlükəsizliyini öz konstitusiyası əsasında təmin etməyə hazırdır”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolu Xankəndi ilə Azərbaycanın əsas hissəsini birləşdirir.

“Qarabağ hər zaman Azərbaycanla bu yol vasitəsilə bağlı olub. Təbiət özü bu bağlılığı yaradıb. Çünki Qarabağdan Ermənistana gedən yol dağlardan, çətin ərazilərdən keçir, yəni, keçilməz bir çətinlik var”.

Hacıyevin fikrincə, Ağdam-Xankəndi yolunun bir siyasi anlamı da var. “Siyasi anlamı odur ki, Qarabağ Azərbaycandır. Paşinyan da, Ermənistan da bunu qəbul etməyə vadar edildi. Təbii ki, onlar bunu könüllü olaraq etmədilər. Bizim zəfər savaşından sonra onlar məcburən bunu qəbul etməli oldular. Əgər qəbul ediblərsə, bunun növbəti mərhələsi Qarabağın Azərbaycana reinteqrasiyasıdır”, Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.