Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hər iki tərəfdən təsdiq: Ukrayna-Rusiya danışıqları dayandırılıb

“Rusiya ilə danışıqlar dayandırılıb”. “RBK Ukraina” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Çünki İstanbul müzakirəsindən sonra ciddi irəliləyiş yoxdur. Rusiyanın mövqeyi dəyişməyib. Amma müharibə danışıqlar masası arxasında bitəcək. Mənə elə gəlir ki, bu prosesə cənab Volodimir Zelenski moderatorluq edəcək”, - o söyləyib.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da danışıqların getmədiyini bildirmişdi. Amma o, Ukraynanın danışıqlar prosesindən çıxdığını iddia etmişdi.

Onun deyib ki, bu gün danışıqlar heç bir formada aparılmır: “Kiyev faktiki olaraq danışıqlar prosesindən çıxıb”.


Onun iddiasına görə, Kiyev Rusiyanın müqavilə layihəsinə cavab verməyib.