Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Gürcüstanın mövqeyini başa düşə bilmirəm" - Zelenski

"Onlar ölkə iqtisadiyyatını qorumaq istədikləri mesajını verirlər, sual olunur hansı iqtisadiyyatı? Ruslar Gürcüstan ərazisinin bir hissəsini artıq ələ keçiriblər, Tbilisiyədək gəliblər".

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransı zamanı gürcü jurnalistinin sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin mövqeyi başa düşülən deyil:

"Mən Gürcüstan hökumətinin mövqeyini başa düşə bilmirəm və ona görə də bu məsələni belə ağrılı qəbul edirəm. Mən inanıram ki, gürcü xalqı Ukraynaya və Ukrayna xalqına ən yaxın xalqlardan biridir. Ukraynada birinci inqilabdan sonra biz onlardan böyük dəstək gördük. Sizin hökumət rəhbərlərinin indiki mövqeyini həqiqətən də başa düşə bilmirəm”

Zelenski həmçinin səfirin geri qaytarılması sualına da cavab verib və "Gürcüstan hökumətinin rəhbərləri tərəfindən Ukraynaya dəstəyi hiss edən kimi biz səfiri mütləq dost Gürcüstana qaytaracağıq" deyib.