Gürcüstanda texniki xidmət qatarı aşıb, Azərbaycan vətəndaşı ölüb
27 May 2023
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb.
Ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir.
Ölən şəxsin Salyan rayon sakini, maşinist köməçisi çalışan 40 yaşlı Sadıqov Ruslan Ramiz oğlu olduğu bildirilir.
Dəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib.
Faktla əlaqədar cinayət işi açılıb.