Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstan prezidentindən Saakaşvili ilə bağlı təklif

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini elektron qolbaqla həbsdən azad etməyi təklif edib.

S.Zurabişvili bu barədə Fransa telekanalına verdiyi müsahibədə deyib.

“Hesab edirəm ki, ona (Mixail Saakaşvilini nəzərdə tutur - red.) yaxşı münasibət göstərilməlidir, çünki dünyada həbsə məhkum edilmiş bir çox başqa prezidentlərlə məhz belə rəftar edilir. Bizim bildiyimiz elektron qolbaqlar var, həmçinin Avropa İttifaqına daxil olmağa namizəd ölkə üçün daha uyğun cəza vermək formaları var”, - deyə qadın siyasətçi vurğulayıb.

Gürcüstan prezidentinin Saakaşvilinin səhhətini nəzərə alaraq onu əfv etmək niyyətində olub-olmaması ilə bağlı suala cavab verən siyasətçi söyləyib ki, hətta bu baş versə belə ölkəyə dəymiş ziyanı kompensasiya etmək mümkün olmayacaq.

S.Zurabişvili əlavə edib ki, eks prezidentin həbsi Gürcüstanın Qərbdəki imicinə ciddi ziyan vurub.

“Bu, məni narahat edir və mən bu vəziyyəti düzəltmək üçün əlimdən gələni edirəm”, - deyə Salome Zurabişvili fikrini tamamlayıb.