Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstan Prezidenti xalqı dəstəklədi: "Sizinlə bir yerdəyəm"

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyir.

Bu barədə dövlət başçısının bəyanatında bildirilir.

"Bu axşam bir neçə dəfə dayandığım Rustaveli prospektində dayananlara müraciət edirəm. Bu gün mən Nyu-Yorkdayam, arxamda isə Azadlıq Heykəlidir. Bu, Gürcüstanın həmişə mübarizə apardığı, bunun üçün bu günə qədər gəldiyi simvoldur. Mən sizin tərəfinizdəyəm, çünki bu gün siz azad Gürcüstanı təmsil edirsiniz”, - Zurabişvili çərşənbə axşamı yayımladığı videomüraciətdə bildirib.

Xatırladaq ki, dünən - martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub.