Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstan Cənubi Qafqazın sabitlik regionuna çevrilməsini istəyir - David Zalkaliani

“Gürcüstan Cənubi Qafqazın sülh və sabitlik regionuna çevrilməsini istəyir”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

O bildirib ki, Gürcüstanın Baş naziri BMT-nin Baş Assambleyasındakı çıxışında bölgədə təhlükəsizliyə çağırışlara xüsusi yer verəcək: “Əsas aksent bölgədə Gürcüstanın son zamanlar görünən və çox hiss olunan roluna ediləcək. Baş nazir çıxışında Cənubi Qafqazda vasitəçilik və dayanıqlı sülhün qurulmasındakı rolumuzla bağlı çox maraqlı və önəmli məqamlara toxunacaq”.

Qeyd edək ki, baş nazir İrakli Qaribaşvili BMT BA-nın 76-cı sessiyasında sentyabrın 24-də çıxış edəcək.