Gürcü polisi etiraz aksiyasını dağıtdı - VİDEO
08 Mart 2023
Tbilisinin mərkəzində mitinq başa çatıb, onun keçirildiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti bərpa olunub.
Bu barədə Gürcüstan mətbuatı məlumat verir.
“Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Hüquq-mühafizə orqanları, xüsusi təyinatlılar ərazini tərk edir, su reaktiv maşınları götürülür. Mitinq iştirakçıları da parlamentin ətrafındakı ərazini tərk edirlər”, - deyə KİV yazır.
Qeyd edək ki, bundan əvvəl xüsusi təyinatlı qüvvələr parlamentin yaxınlığında keçirilən aksiyanı gözyaşardıcı qaz və şırnaqlardan istifadə edərək dağıtmağa başlayıb. Xüsusi təyinatlılar iki tərəfdən – “Svoboda” meydanından və 9 Aprel küçəsindən etirazçılara doğru irəliləyib.
Təhlükəsizlik qüvvələri parlamentə bitişik ərazini etirazçılardan tamamilə azad etməyə müvəffəq olub. Xüsusi təyinatlılar parlamentin qarşısındakı meydanı tədricən tutublar.
“Qirçi-Daha çox azadlıq” Partiyasının lideri Zurab Caparidze xüsusi təyinatlılar tərəfindən aksiyaçıların arasından çıxarılaraq parlamentin həyətinə aparılıb.
Şahidlərin sözlərinə görə, siyasətçi amansızlıqla döyülüb.
“Zaman gəldi" ("Droa!") Partiyasının lideri Elen Xoştaria müxalifətçi həmkarını xilas etməyə çalışıb. Onun sözlərinə görə, “Çaparidze ağır qapıları döyüb”.
Eyni zamanda patrul polisi Caparidzenin baş idarədə olduğunu bildirib.