Gərginlik artır: Separatçılar ruslara qarşı - FOTO/VİDEO
16 Avqust 2023
Qarabağdakı separatçılar bu dəfə bölgədə yerləşdirilən Rusiya hərbçilərini hədəf alıblar. Ermənilər “sülhməramlılara” qarşı absurd ittiham irəli sürərək, onların bazasının qarşısını kəsiblər.
Erməni separatçıları dünən axşam saatlarından Rusiya hərbçilərinin bazasının girişini bağlayıblar. Əvvəlcə bazanın girişinə avtobus gətirən separatçılar, girişi bloklayıblar.
[video width="432" height="768" mp4="http://pressklub.az/wp-content/uploads/2023/08/avtob.mp4"][/video]
Artur Osipyan adlı separatçı Rusiya “sülhməramlılarını” fəaliyyətsizlikdə və vəziyyəti bu yerə çatdırmaqda ittiham edib: “Biz Laçın dəhlizinin açılmasını gözləyirik. Biz deyirik ki, nəsə etsinlər. Onlar isə edə bilmirlər. Ona görə də, belə bir situasiya yaranıb. Biz başa düşürük ki, getdikcə daha pis və bizim hamımız üçün ağrılı olacaq. Gəlin son qüvvəmizi toplayaraq ayağa qalxaq və iş görək. Biz Şuşanı da belə təhvil verdik”.
Separatçılar hərbi bazanın qarşısında “Rusiya 9 noyabr bəyanatını pozur”, “Putin sözünün üstündə durmur” yazılmış plakatlar qaldırıblar.
Səhər tezdən isə separatçılar bazanın qapısını minik maşını ilə bağlayıblar və hərbi texnikanın çıxmasına mane olublar. Bu zaman onlar, “sülhməramlıların” minik maşınını zədələdikləri halda “layiqli cavab alacaqları” ilə hədələyiblər, minik maşınına dəyən ziyanı ödəyəcəklərini bildiriblər.
[video width="432" height="768" mp4="http://pressklub.az/wp-content/uploads/2023/08/366973757_129773300190759_8744709745194244454_n.mp4"][/video]
[video width="432" height="768" mp4="http://pressklub.az/wp-content/uploads/2023/08/facebook_14.mp4"][/video]
Rusiya hərbçiləri avtomobili qapının ağzından çəkmək üçün əvvəlcə “Zil” markalı hərbi maşın cəlb etsələr də, sonda avtomobili əllə yoldan çıxarıblar. Bütün bu müddət ərzində hərbçilərin hədələnməsi, təhqir və təhdid edilməsinə ara verilməyib.
[video width="432" height="768" mp4="http://pressklub.az/wp-content/uploads/2023/08/10000000_692450899381240_2387467972544361335_n.mp4"][/video]
Hərbi baza ətrafında gərginlik davam edir...